Həyətində toy edən cərimələndi
08 aprel 2021 11:13 (UTC +04:00)

Həyətində toy edən cərimələndi

Saatlıda toy məclisi təşkil edən şəxslər müəyyən olunub.
  
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəs əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qazanbatan kənd sakini Arif Məmiyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.

A.Məmiyev və məclis iştirakçılarından 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Mehman Nəbiyev

Oxşar yazılar