Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi
23 sentyabr 2025 16:36 (UTC +04:00)

Həbsxanadan döyüşə yollanan azərbaycanlıya orden verildi

0

Rusiyanın Orlov vilayətində azərbaycanlı Sabir Əhmədov mükafatlandırılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Kromski rayon administrasiyası Sabir Əhmədova “Cəsarət ordeni” təqdim edib.

Məlumata görə o, 2019-cu il 29 martda Orlovda sürücü Denis Matievskini qətlə yetirdiyinə görə 17 il ciddi rejimli həbsxanada cəza çəkməyə məhkum olunub. Lakin cəzasının 2 ilini çəkəndən sonra Ukraynadakı döyüşlərə könüllü yollanıb.

İstintaqın versiyasına görə, cinayət şəxsi münaqişə zəminində baş verib. Əhmədovun vəkilinin sözlərinə görə, qətlə səbəb Əhmədovun həyat yoldaşının sürücü ilə münasibətləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar