Həbsdəki ərinə "patı" gətirdi  - Azərbaycanda
18 iyul 2024 15:32 (UTC +04:00)

Həbsdəki ərinə "patı" gətirdi - Azərbaycanda

6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Elçin Əlisəfa oğlu Məmmədovla görüşə gəlmiş həyat yoldaşının üzərində gizlətdiyi bükülüdə 8,499 qram metamfetamin (patı) aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar