Hamilə arvadının BAŞINI KƏSDİ:  Qayınatasına isə 60 bıçaq zərbəsi vurdu
07 oktyabr 2021 19:52 (UTC +04:00)

Hamilə arvadının BAŞINI KƏSDİ: Qayınatasına isə 60 bıçaq zərbəsi vurdu

Rusiyada ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

Lent.az Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına istinadən xəbər verir ki, hadisə bu ilin fevral ayında Perm şəhərində baş verib.

Ortayaşlı kişi ailə münaqişəsi zəminində hamilə arvadının başını kəsib, qayınatasına isə 60 bıçaq zərbəsi vurub.

Araşdırmalar zamanı məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin arvad qohumları ilə münasibətlərində problemlər olub. Həmin gün ailədə mübahisə də məhz buna görə baş verib.

Hazırda cinayət işi məhkəməyə göndərilib. Perm sakinini uzun müddətli həbs cəzası gözləyir. Ömürlük həbs də istisna edilmir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6003

Oxşar yazılar