Hadı Rəcəbli həkim çatanadək vəfat edibmiş - YENİLƏNİB
17 aprel 2024 09:33 (UTC +04:00)

Hadı Rəcəbli həkim çatanadək vəfat edibmiş - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-si saat 06:38-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

***
08:19

Keçmiş deputat Hadı Rəcəbli vəfat edib.

Lent.az xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

# 6237
avatar

Oxşar yazılar