6 uşaq atası olan çoban Göyçayda kanalda batdı - YENİLƏNİB
13 noyabr 2024 11:24 (UTC +04:00)

6 uşaq atası olan çoban Göyçayda kanalda batdı - YENİLƏNİB

Göyçayda suda batan şəxsin meyiti tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş rayon sakini İlkin Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırma aparır.

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum İlkin Seyidov Ağdaş rayon Xosrov kənd sakinidir. O, çoban işləyirmiş. Məlumata əsasən, 6 uşaq atası olan İlkin Seyidov kanalın üstündəki boru ilə keçərkən qəflətən ayağı sürüşüb və o, suya düşüb. Nəticədə çoban boğularaq ölüb.

***
00:40

Yuxarı Şirvan Kanalı Göyçayın Hacalıkənd kəndindən keçən hissəsində batma hadisəsi baş verib.

Lent.az xəbər verir ki, ilkin məlumata görə, gecə saatlarında suda batan şəxs Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğludur.

Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Ağdaş sakini İlkin Seyidov Göyçayda mal-qaraotarmaqla məşğul olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Oxşar yazılar