Gəncədə dönərxana yanıb  külə döndü
02 aprel 2024 21:39 (UTC +04:00)

Gəncədə dönərxana yanıb külə döndü

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən dönərxanada anidən yanğın olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 2856
avatar

Oxşar yazılar