COVID pasportunu pul ilə satanlara cinayət işi açıldı
28 sentyabr 2021 10:59 (UTC +04:00)

COVID pasportunu pul ilə satanlara cinayət işi açıldı

Daha bir xəstəxanada saxta COVID pasportu verənlər ifşa olunub.

Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, paytaxtın Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən peyvəndləmə prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında araşdırma aparılıb.

Araşdırma ilə Elnur Əliyev, xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara peyvənd vurulmadan “COVID-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1689
avatar

Mehman Nəbiyev

Oxşar yazılar