Cinayət yolu ilə 100 milyon manatdan çox ziyan vurulub
27 yanvar 2023 11:32 (UTC +04:00)

Cinayət yolu ilə 100 milyon manatdan çox ziyan vurulub

2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100 milyon 609 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 71 faizinin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinə nail olunub.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 213 min manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub.

# 885
avatar

Oxşar yazılar