Cəlilabadda 3 uşağı il əbirgə itkin düşən ana burada tapıldı - YENİLƏNİB
26 mart 2024 11:22 (UTC +04:00)

Cəlilabadda 3 uşağı il əbirgə itkin düşən ana burada tapıldı - YENİLƏNİB

Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

***
25.03.2024

Saat: 17:11

Cəlilabad rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəfəq Kərimovanın əlamətləri: boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur.

# 5985
avatar

Oxşar yazılar