18 yaşlı bu qızı görənlər təcili zəng eləsin
01 iyul 2024 12:00 (UTC +04:00)

18 yaşlı bu qızı görənlər təcili zəng eləsin

Xızı rayonunun Sitalçay kəndində yaşayan 18 yaşlı Günəş Allahverdiyeva 2024-cü ilin iyunun 29-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun əlamətləri belədir: Boyu təxminən 164 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. 

Hicablı qızın evdən çıxarkən əynində göy rəngli uzun paltar və qara rəngli əl çantası olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Xızı rayon Polis Şöbəsinə (02331) 5-01-31, (051) 404-77-00 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar