Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi - RƏSMİ
15 avqust 2022 11:00 (UTC +04:00)

Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi - RƏSMİ

Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.

Ə. Abdullayev həmçinin qeyd edib ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi DİN rəhbərliyinin xüsusilə diqqət mərkəzindədir.

Komandir bildirib ki, rəhbəri olduğu tabor respublikada 30 səfirliyi, 3 diplomatik nümayəndəliyi və 2 diplomatik iqamətgahı mühafizə edir.

# 4347
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı  - FOTO

Bakıda yük maşını körpünün üzərindəki maneələrə çırpıldı - FOTO

19 mart 2024 , 06:23
Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02