18.04.2024-cü il tarixində saat 08:00 radələrində Sabunçu rayonu, Balaxanı-Binəqədi yolu, "Lukoil" yanacaq məntəqəsi ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Lent.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində 2 nəfər (kişi cinsli) xəsarət alıb. Müştərək travmalarla xəsarət alan şəxslər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
***
08:39
Binəqədi-Balaxanı şosesi, Əliçıraq məsçidinin qarşısında yük avtomobili aşıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.
Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.