Bakıda sürücü  saxta pulla   yanacaq doldurmaq istədi
12 may 2023 14:16 (UTC +04:00)

Bakıda sürücü saxta pulla yanacaq doldurmaq istədi

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əskinas verilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 11-də saat 22.57-də Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən həyəcan siqnalı daxil olub.

Yoxlama zamanı Kürdəmir rayon sakini Ş.Abdullayevin operatora 1 ədəd 100 manatlıq saxta əsginas verməsi müəyyən edilib və o, Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə təhvil verilib. 

# 1374
avatar

Oxşar yazılar