Bakıda qadınlara qarşı DƏLƏDUZLUQ:  nömrələrini yayırmış...
18 yanvar 2023 09:55 (UTC +04:00)

Bakıda qadınlara qarşı DƏLƏDUZLUQ: nömrələrini yayırmış...

Sosial şəbəkələrdə haker qrup səhifələri açaraq qadınlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-texniki tədbirlərlə 27 yaşlı İsmayıl Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalarla müəyyən edilib ki, o, saxta haker səhifələr vasitəsilə “mesajları əldə etmə”, “telefon dinləmə” “sosial şəbəkə hesablarının sındırılması”, “kiber xidmətlərin təşkili” adı altında 14 fakt üzrə qadınların müxtəlif məbləqlərdə pul vəsaitini talayaraq mənimsəyib. Pul köçürməyən qadınların isə mobil telefon nömrələrini yayaraq əxlaqsız xidmət göstərmələri ilə bağlı paylaşımlar edib.

Araşdırmalar davam etdirilir.

# 1869
avatar

Oxşar yazılar