Bakıda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.
21 yaşlı Əhmədov Elvin Qabil oğlu idarə etdiyi "Mercedes Benz C Klass" markalı avtomobillə yolu keçən piyada 37 yaşlı Hasılov Pərvin Mirzə oğlunu vurub. Yaralı Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi açılıb.