Bakıda KÜTLƏVİ DAVA:  gənclər bir-birini bıçaqladı  - YENİLƏNİB
05 iyul 2024 10:31 (UTC +04:00)

Bakıda KÜTLƏVİ DAVA: gənclər bir-birini bıçaqladı - YENİLƏNİB

Bakıdakı kütləvi davaya görə bir nəfər tutulub.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.

Araşdırmalar davam etdirilir.

***

saat 09:22

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Dəmirov Mürşüd Mehman oğlu aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlunu döş qəfəsindən bıçaqlayıb.

Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü İbrahimov Kamran Bəylər oğlu qarın nahiyəsindən bıçaqlanıb. 

Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3636
avatar

Arzu Qurbanlı

Oxşar yazılar