Bakıda kişi bıçaqlandı
27 yanvar 2023 01:55 (UTC +04:00)

Bakıda kişi bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, olay Binə qəsəbəsində qeydə alınıb.

Sovxoz adlanan ərazidə 1972-ci il təvəllüdlü İbadov Valeh Nuri oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı qarnın ön səthinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

# 1464
avatar

Oxşar yazılar