Bakıda idman zalında baş verən ölümün səbəbləri məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 13-ü saat 19 radələrində M.Hadi küçəsi 41-də yerləşən idman zalında qeydə alınıb.
Bakı şəhər sakini 2011-ci il təvəllüdlü Yusif Rasim oğlu Abdullayev məşq zamanı 2011-ci il təvəllüdlü Hüseyn Babək oğlu Bağırlıya boğucu fənd işlətməsi nəticəsində öldürüb.
Faktla bağlı araşdırma aparılır.
***
14 dekabr, 03:10
Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb.
Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub.
Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı araşdırılır.