Bakıda gözəllik salonu qarət olundu
24 fevral 2024 11:51 (UTC +04:00)

Bakıda gözəllik salonu qarət olundu

Bakıda gözəllik salonu qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Bekineyev saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Oxşar yazılar