Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
17 iyun 2022 16:50 (UTC +04:00)

Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB

Bakıda evdən meyiti tapılan şəxsin kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, həmin meyitin 54 yaşlı Sulim Dmitriy Leonidoviçə məxsus olduğu üzə çıxıb. Həmçinin meyitin qismən çürüdüyü bildirilir.

Məlum olub ki, S. Dmitriy bir müddət əvvəl evində ölüb. Lakin qonşuları bu gün onun öldüyünü bilərək. FHN-ə məlumat veriblər.

***
Saat: 13:45

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.aza- verilən xəbərə görə, paytaxtın Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan şəxsiyyəti hələlik bilinməyən 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 3972
avatar

Mehman Nəbiyev

Oxşar yazılar