Bakıda DƏHŞƏT:  "Zil"in diski yerindən çıxdı, ölən var
20 iyun 2022 10:01 (UTC +04:00)

Bakıda DƏHŞƏT: "Zil"in diski yerindən çıxdı, ölən var

Bakıda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Burada təkər təmiri sexlərindən birində “Zil” markalı avtomobilin təkərinin diski qəflətən yerindən çıxıb. Disk sürətlə orada usta işləyən 48 yaşlı Allahverdiyev Allahyar Feyruz oğlunun başına dəyib.

Nəticədə A. Allahverdiyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 2907
avatar

Mehman Nəbiyev

Oxşar yazılar