Bakıda 73 yaşlı kişi küt alətlə öldürüldü
08 may 2023 18:20 (UTC +04:00)

Bakıda 73 yaşlı kişi küt alətlə öldürüldü

Mayın 8-də paytaxtın Bakının Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub. 

Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

# 2010
avatar

Oxşar yazılar