Bakıda 6 avtomobil toqquşdu – YARALI VAR  -FOTO
02 dekabr 2022 01:30 (UTC +04:00)

Bakıda 6 avtomobil toqquşdu – YARALI VAR -FOTO

Bakının Nərimanov rayonunda bir neçə avtomobil qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü əvvəlcə nəqliyyat vasitəsini “Ford” markalı yük maşınına çırpıb. “Ford” markalı avtomobil “Renault”ya, 2 “Mercedes”ə və “Honda”ya çırpılıb. Qəza nəticəsində avtomaşınlara ciddi zərər dəyib. 6 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

# 2175
avatar

Oxşar yazılar