Bacısı  həbsdəki qardaşına   narkotik gətirdi
26 aprel 2024 19:01 (UTC +04:00)

Bacısı həbsdəki qardaşına narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısının gətirdiyi sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1917
avatar

Oxşar yazılar