Qəzaya düşən maşın
16 yanvar 2022 12:04 (UTC +04:00)

Qəzaya düşən maşın

Azərbaycanda qəzaya düşən polis ÖLDÜ - FOTO

Qəbələdə yol qəzasına düşən polis əməkdaşı dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə yanvarın 14-də rayonun Seyidlər kəndində qeydə alınıb. Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin 22 yaşlı əməkdaşı, polis serjantı Şərifov Səfər Sərvan oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil "Mercedes-Vito" markalı avtomobillə toqquşub. Nəticədə S.Şərifov ağır bədən xəsarətləri ilə Bakıya gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, polis nəfəri yanvarın 15-də xəstəxanada dünyasını dəyişib.

Faktı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a təsdiq edib.

Qəzada ölən polis və qəzaya düşən maşın

# 3225
avatar

Mehman Nəbiyev

Oxşar yazılar