Azərbaycanda  DƏHŞƏTLİ YOL QIRĞINI:   13 nəfər öldü
16 avqust 2021 12:47 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏTLİ YOL QIRĞINI: 13 nəfər öldü

Respublikanın daxili işlər orqanları ötən həftəsonu törədilən 82 cinayətin üstüneü  “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Mehman Nəbiyev

Oxşar yazılar