Avtomobil piyadanı vurub öldürdü
17 yanvar 2022 03:41 (UTC +04:00)

Avtomobil piyadanı vurub öldürdü

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər həlak olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.
Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.
 

# 1248
avatar

Oxşar yazılar