Avtobus gənc oğlanı vurub öldürdü
24 noyabr 2022 10:08 (UTC +04:00)

Avtobus gənc oğlanı vurub öldürdü

Abşeronda avtobus piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Mehdiabad-Novxanı yolunda, "Lukoil" yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib. Məmmədov Cəfər Rəcəb oğlu idarə etdiyi "Setra" markalı avtobusla 26 yaşlı Qəyyumov Seyran Kamal oğlunu vurub. Zərbənin təsirindən piyada qarşıdan gələn Bilalov Faiq Rafiqoviçin idarə etdiyi "Opel Zafira" markalı avtomobilə çırpılıb.

Gənc oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar