Astarada qadın ərinin zorakılığına məruz qalıb.
Lent.az-ın verdiyi xəbərə görə Astarada 22 yaşlı Nərmin Ceyhun qızı Cəfərli ağır vəziyyətdə Astara rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərli vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qohumlarının verdiyi məlumata görə Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev amansızlıqla döyüb:
"Nərmin və Mirəhməd 2020-ci ildə ailə həyatı qurublar. Ailə arasında dəfələrlə münaqişə olub və qadın, yoldaşı tərəfindən döyülüb. Ailədə eyni hadisə ötən gün də yaşanıb”.
Hazırda N.Cəfərlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İlkin Rzayev