Arvadı boşandığı gün başqa kişi ilə GÖRÜŞDÜ,  ÖLDÜRDÜ
27 fevral 2023 11:44 (UTC +04:00)

Arvadı boşandığı gün başqa kişi ilə GÖRÜŞDÜ, ÖLDÜRDÜ

Altayda 40 yaşlı yerli sakin 37 yaşlı keçmiş arvadını boşandıqları gün öldürməkdə ittiham olunur.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, müəyyən edilib ki, cütlük otən il oktyabrın 24-də boşanıb və axşam saatlarında qadını başqa kişi ilə görüşüb.

Maşında olan şəxs zərərçəkmişin arxasınca düşüb və o, yolun kənarında dayandıqda avtomobilindən qaçaraq qadının olduğu maşının şüşəsini sındırıb, bıçaqla sinə və boyun hissəsindən ona azı 16 zərbə endirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Təqsirləndirilən şəxs özü polisə müraciət edib, nəzarətə götürülüb. Zərərçəkənin 4 uşağı olub, onlar qohumlarına təhvil verilib.

# 2412
avatar

Fidan İlqar

Oxşar yazılar