"Al Market"də ikinci dəfə  EYNİ NÖQSAN
25 noyabr 2021 18:13 (UTC +04:00)

"Al Market"də ikinci dəfə EYNİ NÖQSAN

"Al Market"in Nizami rayonunda yerləşən filiallarından birində fərdi qoruyucu vasitə olan maskadan istifadə edilməməsi aşkarlanıb.

Lent.az-ın məlumatıan görə, bu nöqsana bir il ərzində ikinci dəfə yol verildiyi üçün “Al Market” barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə) maddəsilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Əhmədovun ciraatına verilib.

Xatırladaq ki, “Al Market”də bir il ərzində ikinci dəfə 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəni pozulduğu üçün onu 800 manat məbləğində cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Mehman Nəbiyev

Oxşar yazılar