Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var
05 may 2024 20:50 (UTC +04:00)

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1635
avatar

Oxşar yazılar