Ağdamda bıçaqlanan kişi ölüb    
03 dekabr 2023 02:54 (UTC +04:00)

Ağdamda bıçaqlanan kişi ölüb    

Ağdamda bıçaqlanma hadisəsi baş verib. 

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Cavid adlı şəxs eyni ünvanda yaşayan Rasim adlı şəxsə  bıçaqla  xəsarət yetirib. 

Xəsarət alan şəxs Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Cavid adlı şəxs isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 

# 1533
avatar

Oxşar yazılar