Adəmin atası həbs edildi
15 aprel 2024 15:10 (UTC +04:00)

Adəmin atası həbs edildi

Azərbaycanda daha bir tiktoker həbs edilib.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

"TikTok"da “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev saxlanılıb. 

Onun barəsindəki materiallar məhkəməyə təqdim edilib. 

Məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

# 3738
avatar

Oxşar yazılar