Qətl törədən keçmiş məhkum tutuldu
25 dekabr 2019 12:57 (UTC +04:00)

Qətl törədən keçmiş məhkum tutuldu

Daşkəsəndə 4 gün əvvəl törədilən cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, dekabrın 21-də Daşkəsən rayonu, Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar

Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39
Yenicə həbsdən çıxan Fuad Cam öldü

Yenicə həbsdən çıxan Fuad Cam öldü

26 iyul 2025 , 13:35
Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam  demişdi - HÖKM OXUNDU

Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam demişdi - HÖKM OXUNDU

26 iyul 2025 , 13:26
Göyçayda kişi infarktdan öldü

Göyçayda kişi infarktdan öldü

26 iyul 2025 , 12:44