Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 26-da saat 22 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini Namiq Süleymanov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.