İrandan Azərbaycana külli miqdarda narkotik gətirən saxlanıldı
07 yanvar 2020 15:38 (UTC +04:00)

İrandan Azərbaycana külli miqdarda narkotik gətirən saxlanıldı

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirildiyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Cəlilabad rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Bağırov saxlanılıb. Onun idarə etdiyi “KİA” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 77,780 qram narkotik vasitə olan tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Anar Bağrov istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan tamah niyyəti və satış məqsədi ilə narkotik vasitə olan tiryək əldə edib. Daha sonra həmin narkotik vasitələri paytaxt Bakıya gətiurmək istəyən zaman isə o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və Anar Bağırov barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1924

Oxşar yazılar

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17
Əkin sahələrini yandıranlar  saxlanıldı

Əkin sahələrini yandıranlar saxlanıldı

26 iyul 2025 , 20:11