Ağsuda həmkəndlisini silahla hədələyən şəxs saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, ötən gün Ağsu rayonu, Nuran kənd sakini Mahir Nəcəfov nazirliyinin“102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu rayon Polis Şöbəsinə müraciət edərək həmkəndlisi Zaur Heydərovun odlu silahla ölümlə hədələdiyini bildirib.
Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsində araşdırma aparılır.