Dekabrın 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb.
Lent.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd pozucusunun Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı onun dekabr 20-də dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.
Dekabr 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı, 28 yaşlı Əli Yasif Pakistani olması müəyyən edilib.
Dekabr 27-dəDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonu, Mazımçay kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı, 33 yaşlı Muhəmməd Şərif olması müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.