Bu evlər əşyaları ilə birgə yandı
17 yanvar 2020 09:26 (UTC +04:00)

Bu evlər əşyaları ilə birgə yandı

Ağstafada və Balakəndə mənzillər yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə, digər otağının tavanı 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Balakən rayonunun İtitala kəndində baş verib. Ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar