Şəkidəki yanğınla bağlı araşdırma başlanılıb.
Xəbər verdiyimiz kimi, dekabrın 25-də, saat 20 radələrində, rayonun Böyük Dəhnə kəndində ümumi sahəsi 400 kv/m olan bələdiyyə binası və mədəniyyət klubu yanıb.( https://lent.az/news/334985). Lent.az-ın məlumatına görə, yanğının elektrik naqillərində olan qısaqapanma səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı FHN Şəki rayonu Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən araşdırma aparılır.