Bakıda güllələnənlərlə bağlı YENİ MƏLUMAT
23 dekabr 2019 10:32 (UTC +04:00)

Bakıda güllələnənlərlə bağlı YENİ MƏLUMAT

Səhiyyə Nazirliyi Bakıda silahlı insident zamanı yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Lent.az-a nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, dekabrın 22-də Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 30 yaşlı Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Niva" markalı avtomobildə olan daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028

Oxşar yazılar

Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39
Yenicə həbsdən çıxan Fuad Cam öldü

Yenicə həbsdən çıxan Fuad Cam öldü

26 iyul 2025 , 13:35
Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam  demişdi - HÖKM OXUNDU

Bakıda polisə zəng edib İsrail səfirliyini yandıracam demişdi - HÖKM OXUNDU

26 iyul 2025 , 13:26
Göyçayda kişi infarktdan öldü

Göyçayda kişi infarktdan öldü

26 iyul 2025 , 12:44