Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edib.
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşı aldadıb 2000 avro pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Qasımlı saxlanılıb.