Azərbaycana qanunsuz telefon gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı “Samur” gömrük postunda saxlanılıb.
Yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində "İphone 11 Pro Midnight Green 64 GB" yazılan və 4 ədəd üzərində "İphone 11 Pro Midnight Green 256 GB" yazılan mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.