2 KAMAZ toqquşdu – tıxac yarandı
05 iyun 2022 23:16 (UTC +04:00)

2 KAMAZ toqquşdu – tıxac yarandı

Bakının Nəsimi rayonunda yük avtomobilləri qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində tuneldə qeydə alınıb.
Sahib Şakirov yüklü “KamAz”la hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan eyni markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində Ziya Bünyadov prospektinin metronun 20 Yanvar stansiyasından Koroğlu stansiyası istiqamətinə güclü tıxac yaranıb.
 

# 1632
avatar

Oxşar yazılar