Ayın 13-də intihar edən 13 yaşlı oğlanın faciəli hekayəti – FOTO
“Bir neçə saniyə keçmişdi, atasının fəryadını duyduq...”
“13 avqust səhəri yuxudan oyanan Ömərin başına gələcəklərdən heç xəbəri yox idi. Atası evdə deyildi. Darıxdığından qonşu hasarının yanında dolaşırdı. Gözünə dəyən mis məftili qaldırıb əlinə aldı. Çox keçmədi ki, qonşu kişi ona yaxınlaşıb məftili oğurlamaqda suçladı. Təbiətcə sakit olan Ömər qorxurdu, kişi isə ona bir şillə vurmaqla anında dodağını partlatdı. Qolundan sürüyə-sürüyə gətirib anasına təhvil verəndən sonra olan oldu…”
Bu sözləri 4 gün öncə Xəzər rayonunun Binə qəsəbəsində, Atçılıq yaşayış massivində yaşadığı evdə intihar edən 13 yaşlı Nuriyev Ömərin bibisi deyir. Səhər redaksiyaya məlumat daxil olan kimi birbaşa adı çəkilən ünvana yollanıram. Yolda marşrut sürücüsü Ömərin öldürüldüyünü eşitdiyini duyunca inanmağa tələsmirəm. Axı kim 13 yaşlı uşağın ölümünə birbaşa baiskar ola bilər?
Öncədən mərhumun meyitinin ekspertizaya aparıldığını eşidəndə valideynlərlə nədən danışacağımı təxmin etməyə çətinlik çəkirdim…
Amma Ömərin valideynləriylə birgə yaşadığı evə çatanda artıq yas məclisi qurulurdu. İçəri keçəndə soldakı yarımtikili hamam binasını görəndə uşağın məhz burda intihar etdiyini düşündüm. Yanılmamışdım da.
Yaxından-uzaqdan gələn qadın qohumları Ömərin anasının başına toplaşıb ağlaşırdılar. Mənə yaxınlaşan qadın yaxın qohumlarından biri idi. İntihar etməsinin səbəbini həyəcanla danışmağa başlayan da o oldu: “Qonşu Ömərin qolundan tutub anasına tərəf gətirəndə gözlərimizə inanmadıq. Uşaq o qədər tərbiyəli idi ki, utandığından başını aşağı salmışdı. Qonşu atasına oğurluq etdiyini xəbər edəcəyini də deyib, getdi. Bir neçə saniyə öncə evdə çay içdiyimiz yerdə birdən atasının fəryadını duyduq. Ömər bax o (hamamı göstərir) yerdə elektrik naqili ilə özünü asmışdı. Çətinliklə də olsa, məftili boynundan çıxardım”.
Təcili tibbi yardımın gec gəlməsinə dözməyən ata oğlunu birbaşa Mərdəkanda yerləşən 26 saylı xəstəxanaya çatdırıb. Xəstəxanada uşağın nəfəs aldığını görən yaxınları rahatlaşıblar. Digər bir qohumun dediklərindən: “Həmin gün oyanmadı, amma səhəri gün su da, kompot da içdi. Özünü yaxşı hiss edirdi. Psixologiyasını zədələməmək üçün intihar haqqında heç nə soruşmadıq. Prokurorluqdan müstəntiq gəlsə də, uşaqla danışmayıb getdi”.
Reanimasiya şöbəsində yatan Ömərin atası yanından bir addım da uzaqlaşmırmış: “Amma ikinci gün olsa da, uşaqdan heç bir analiz götürməmişdilər. Rentgen edilməmişdi. Soruşanda deyirdilər ki, vəziyyəti kafidir. Amma bu bizi narahat edirdi”.
Həmin gün valideynləri evə gəlib dəyişək paltar götürüb, yenidən xəstəxanaya dönüblər: “Uşağın ağciyərlərini rentgen elədilər. Lakin bu günə kimi də cavabları bizə verməyiblər. 3-cü gün səhər uşaqdan güclü qızdırma qalxdı. Həkim gəlib bir neçə ampula dərman almağımızı tapşırdı. Həm də yerini tez-tez isladırdı. Günortadan sonra isə keçindi. Həkim bizə böyrək çatışmazlığından öldüyünü dedi”.
Qohumları Öməri şən, çalışqan uşaq kimi xatırlayırlar: “Hündür boylu, gözləri göy idi. Məktəbdə yaxşı oxuyurdu. Çox tərbiyəli və gözəl bala idi”.
Mərhumun qohumlarından onu da öyrəndik ki, valideynlər şikayətçi olmayıblar: “Atası meyitin ekspertizaya aparılıb yarılmasını istəmədi. Şikayətçi də olmadılar. Amma o qonşu kişi bir dəfə bu qapıdan içəri keçib üzr istəmədi. Demədi ki, istəmədən oldu. Nəysə, hər şey onun vicdanına qalır…”
Nuriyevlərə bir daha başsağlığı verib evdən uzaqlaşanda Ömərin cansız bədənini xəstəxanadan gətirən maşın yolda görsəndi. Evdən ah-nalə səsləri yüksəldi…
Bakı şəhəri Xəzər rayon Prokurorluğundan aldığımız məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb.
Psixoloq Azad İsazadə yeniyetmə yaş qrupuna daxil olan uşaqların risk qrupunda olduqları deyir: “13-14 yaş orta yaşdır və bu zaman gənclər maksimalist olurlar. Hansısa bir problemlə rastlaşanda təcrübəsiz olduqları üçün çıxış yolu görmür. Bu ittihamla yaşaya bilməyəcəyini düşünür. Panik vəziyyətdə isə intihar etməkdə çıxış yolu görür. Bu situasiyada kəskin stresslə qarşılaşan gənc oğlan qısa müddət ərzində “həll yolu” tapır”.
Psixoloq kəskin stress yaşayan gənclərə qarşı valideynlərin münasibətinin vacibliyindən danışdı: “Problemlə qarşılaşan yeniyetmə özünə qapanır, tək qalmağa can atır. Bu zaman valideynlər övladları ilə danışmalıdırlar. Onu inandırmalıdırlar ki, məsləhətləşəcəkləri insanlar mövcuddur və ittihamın üstünə ittiham olunmayacaqlar. Eyni zamanda elə məsələlər var ki, ona neytral yanaşmaq lazımdır. Nə pisləmək, nə də yaxşı elədiyini uşağa demək olmaz. Çünki həmin yaş qrupunda olan gənclər üçün həyatda ağ və qara rəng mövcuddur. Ona görə valideynlər çox ehtiyatlı və həssas davranmalıdırlar”.
Nailə Rövşənqızı

1074