Kütləvi intihara cəhd edənlərdən izahat alınıb
Bakıda “Təzə bazar” adlanan pərakəndə ticarət mərkəzinin yaxınlığındakı yeni tikilən binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar etmək istəyən Göyçay sakinləri sərbəst buraxılıblar.
Bu barədə APA-ya sakinlərin hüquqlarının müdafiəçisi Vidadi İsgəndərov məlumat verib. Onun sözlərinə görə, baş vermiş hadisədən sonra Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılan sakinlərdən izahat alınıb: “Bölmədə bizə bildirildi ki, artıq bu barədə daxili işlər nazirinə və ölkə rəhbərliyinə məruzə olunub. Göyçay rayonunda baş verənlər ciddi araşdırılacaq”.
Göyçay sakinləri ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, bu gün bir qrup Göyçay sakini saat 14.00 radələrində “Təzə bazar” adlanan pərakəndə ticarət mərkəzinin yaxınlığındakı yeni tikilən binanın 7-ci mərtəbəsinə çıxaraq, intihar edəcəyini bildirib. Onların arasında azyaşlı uşaqlar və qadınlar da olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasedicililər, nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov, polis əməkdaşları gəliblər.
Qeyd edək ki, etiraz edən şəxslər Göyçay rayonunda olan iş adamı Çingiz Mayılovun ailə üzvləri və yaxınlarıdır. Onlar Ç. Mayılovun həbsdən azad edilməsini və onlara qarşı polis təzyiqinə son qoyulmasını tələb edirlər.

Oxşar yazılar

İsmayıllıda kişi evin həyətində ölü tapıldı
18 iyul 2025 , 12:17
Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40