“Yəhova şahidləri”nin Hidayət Orucova qarşı iddiası təmin olunmadı
Bu gün Azərbaycan Ali Məhkəməsində “Yəhova şahidləri” dini icmasının Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxılıb. Lent.az-ın xəbərinə görə, hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə icmanın kassasiya şikayətini təmin etməyib, Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, icma Səbael rayon Məhkəməsinə “Vəzifəli şəxsin qeyri-qanuni hərəkətindən şikayət” iddiası ilə müraciət edib. Belə ki, dini icmanın ölkəyə gətirdiyi dini ədəbiyyatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsində mənfi rəy verilib. Bundan sonra həmin ədəbiyyatların yayılması və satışına qadağa qoyulub, bütün kitablar yığışdırılıb. İcma bunun qanunsuz olduğunu iddia edərək Komitə sədrindən məhkəməyə şikayət edir. İcma kitabların geri qaytarılmasını və onlarla bağlı qoyulan qadağanın götürülməsini istəyir.
Səbael rayon Məhkəməsi icmanın iddiasını təmin etməyib. Daha sonra icma Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Həmin məhkəmə də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, ”Yəhova şahidləri” dini icması Azərbaycanda dövlət qeydiyyatından keçib. Lakin “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklik təsdiqləndikdən sonra yeni qanunvericiliyə uyğun olaraq ölkədəki bütün dini icmalar yenidən qeydiyyata alınacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23