Yol qəzasında bir ailədən 3 nəfər ölüb
Nişan aparan iki maşının toqquşması nəticəsində 5 nəfər də yaralanıb
Salyan rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan-Şirvan yolunun 10-cu km-də, Salyan rayonunun Qaradağlı kəndi ərazisində qeydə alınıb. Belə ki, əks istiqamətdə hərəkət edən "Moskviç 412" və "Mercedes" markalı maşınlar toqquşub.
Nəticədə birinci maşında olan üç nəfər - Səfurə Bilal qızı Bəşirova, Ləman Ruslan qızı Bəşirova (1 yaş), Zemfira Baləbəy qızı Tağıyeva həlak olub. Beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, hər iki maşında olanlar bir ailənin üzvləri olublar. "Moskviç"də olanlar Qaradağlı kəndinə nişan aparırmışlar.
Saylan rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Vüqar İsmayılovun verdiyi məlumata görə, ilkin versiya kimi qəzaya səbəb "Mercedes"in ötmə əməliyyatı zamanı düzgün manevr edə bilməməsi olub. Faktla bağlı müvafiq maddə ilə cinayət işi açılıb.

Oxşar yazılar

Bakı aeroportunda ƏMƏLİYYAT: brilyant qaçaqmalçıları TUTULDU
18 iyul 2025 , 11:50
Bakıda küçədə lüt gəzən oğlan saxlanıldı
18 iyul 2025 , 11:07
Şüvəlanda dənizdə batan futbolçunun meyiti sudan çıxarıldı - YENİLƏNİB
18 iyul 2025 , 09:04
Ucarda mikroavtobusla “TIR” toqquşdu
17 iyul 2025 , 20:48
Ağdaşda ağaclıqdan kişi meyiti tapıldı
17 iyul 2025 , 19:33
Xəzərdə 2 yeniyetmə xilas olundu - VİDEO
17 iyul 2025 , 18:40
Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23